Nurlan Niqmatulin: Qazaxıstan və Azərbaycan strateji müttəfiqlərdir
29.09.2021 [19:19]
Xəbərin mətni
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini salamlayan Qazaxıstan Parlament Məclisinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. O, Azərbaycanı Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edib və ölkəmizə uğurlar arzulayıb. Bildirib ki, müharibədən sonra regionda yaranmış yeni situasiya iqtisadi inkişafa öz təsirini göstərəcək, nəqliyyat və kommunikasiyaların bərpa olunması bölgə dövlətlərinin və xalqlarının xeyrinə olacaq.