SİYASƏT


Azərbaycan səfiri Latviya Parlamentinin sədri ilə görüşüb

Oktyabrın 5-də Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin Seyminin sədri İnara Murnietse ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də iqtisadi-ticari əlaqələr, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.