MƏDƏNİYYƏT


Qazilər yenidən döyüşdükləri məkanlarda – Vətən müharibəsinin detalları AzTV-də

Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk ildönümü münasibətilə yeni layihə hazırlayır.AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumatına görə, “Zəfər yolu” layihəsi sənədli filmlər silsiləsi olacaq.Hər filmdə Azərbaycan ordusunun 44 gün ərzində keçdiyi döyüş yolunun detalları nümayiş olunacaq.