SİYASƏT


“i24 news” televiziya kanalında Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş proqram yayımlanıb

İsrailin ərəbdilli “i24 news” televiziya kanalının “Həftə ərzində” proqramının oktyabrın 7-də yayımlanmış növbəti buraxılışı Azərbaycan-İsrail əlaqələrinə həsr olunub.
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən AZƏRTAC-a bildiriblər ki, proqramda Azərbaycan-İsrail yüksəksəviyyəli əməkdaşlıq əlaqələrindən bəhs olunub, Sovet İttifaqının dağılması ilə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb. Proqramda İsrailin neftə olan tələbatının təqribən yarısını Azərbaycandan tədarük etdiyi, həmçinin Azərbaycana əsas silah ixrac edən ölkələrdən birinin İsrail olduğu bildirilib.