MƏDƏNİYYƏT


Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda fəxri qonaq ölkə statusunda iştirak edir

Çin Xalq Respublikasının Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb.AZƏRTAC xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir. Son illər dünyada nüfuzu sürətlə artan Azərbaycan Tayhu Forumunun ilk “Fəxri qonaq ölkəsi”dir. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.