SİYASƏT


Binəli Yıldırım Azərbaycan xalqını 44 günlük müharibədə qazanılan qələbə münasibətilə təbrik edib

Budapeştdə keçirilən “Türk dövlətləri və müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Ağsaqqallar Şurasının üzvü, tanınmış türk siyasətçi Binəli Yıldırım iştirak edib.AZƏRTAC xəbər verir ki, Binəli Yıldırım Türkiyənin Suriya mövzusunda apardığı siyasətdən, Türkiyədə sığınacaq və dinc həyat tapan suriyalı qaçqınlara türk xalqının dəstəyindən, bölgədəki terrorizmə qarşı mübarizədən danışıb.