MƏDƏNİYYƏT


"Biz" filmi VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görülüb

Oktyabrın 15-də İstanbulda VI Türk Dünyası Sənədli Film Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, "Dünya Dili Türkcə" şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyası üzrə "Türk mədəniyyəti" və "Türkün dünyaya baxışı" mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib.