SİYASƏT


Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi Almaniyada qeyd edilib

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə konsert və ziyafət təşkil olunub.
AZƏRTAC хəbər verir ki, tədbiri açan ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycanın 1991-ci ildən bəri 30 illik müstəqillik tarixinə nəzər salıb, müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinin davamçısı olduğunu bildirib.