SİYASƏT


İstanbulda keçirilən konfransda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixindən danışılıb

Oktyabrın 18-də İstanbulda Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyənin tarixi Yıldız Teknik Universitetində keçirilən konfrans ölkəmizin İstanbuldakı baş konsulluğu tərəfindən təşkil edilib.