SİYASƏT


“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır

“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır.AZƏRTAC xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan “BBC World News” telekanalında nümayiş etdirilən videoçarxda zəngin mədəni irsə malik olan, keçmişlə gələcəyin astanasında yerləşən Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından, ölkəmizdəki sürətli inkişafdan bəhs olunur.