MƏDƏNİYYƏT


“Fairmont Baku” oteli ən yaxşı daxili dizayner nominasiyası üzrə mükafatlandırılıb

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan “Fairmont Baku” oteli 5 otel arasında Avropada ən yaxşı daxili dizayner nominasiyası üzrə qalib gələrək mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır