MƏDƏNİYYƏT


Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib

Oktyabrın 20-də Şabran Xalq Teatrı “Xarıbülbül” tamaşasını təqdim edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşa Vətən müharibəsində qazanılan Zəfərin ildönümü münasibətilə səhnələşdirilib. Tamaşanı izləyənlər arasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və qazilər də olub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aybəniz Əliyarın eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın rejissoru Cabir Əmrahovdur.