Azərbaycan, Türkiyə və Gürcüstan regional əməkdaşlıq formatının genişləndirilməsinin tərəfdarıdır
21.10.2021 [11:33]
Xəbərin mətni
Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin keçirdikləri üçtərəfli görüşündən sonra Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentin komitə sədri Nikoloz Samkharadze birgə mətbuat konfransı keçiriblər.