Prezident İlham Əliyev: Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
21.10.2021 [13:31]
Xəbərin mətni
Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi. Beləliklə, 27 illik işğala son qoyuldu.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.