SİYASƏT


İstanbulda Türk Şurasının mediaforumu işə başlayıb

Oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Köklü keçmiş, güclü gələcək" şüarı ilə keçirilən tədbirdə türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə ediləcək.