Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada “Qardaşlıq dastanı rəqsi” musiqili tamaşasının təqdimatı olub

24.10.2021 [13:51]

Xəbərin mətni

Bütün sahələrdə qardaşlıq nümayiş etdirən Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət!” kəlamının qüdrəti ilə böyük bədii məharətlə səhnələrə də daşınıb.AZƏRTAC xəbər verir ki, Ankarada keçirilən “Qardaşlıq dastanı rəqsi” musiqili tamaşasının premyerasında rəsmi şəxslər, diplomatlar, Türkiyə paytaxtında yaşayan, işləyən azərbaycanlılar, şəhər ictimaiyyətinin tanınmış simaları da tamaşaçılar arasında olublar.