MƏDƏNİYYƏT


Azərbaycan Muğam Mərkəzi Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Muğam Mərkəzi Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlıq əlaqələrini genişləndirir.AZƏRTAC xəbər verir ki, Moskvada iki mədəniyyət ocağı arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi Azərbaycan Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov imzalayıblar.