SİYASƏT


Türkiyə Prezident: Azərbaycan barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaqdır

Azərbaycanda fərqli bir inkişaf var. Ümid edirəm ki, Füzulidən İstanbula birbaşa nəqliyyat marşrutu olacaq. Bu yolların tikintisi ilə bağlı işlər sürətlə davam edir. Şükürlər olsun ki, azərbaycanlılarla türklər birgə işləri ilə yaxşı bir qardaşlıq nümayiş etdirirlər. Azərbaycan bununla çox ciddi bir inkişafın, dirçəlişin nümunəsini göstərir. Aramızda olan bu həmrəyliyin davam etməsi ilə Azərbaycan çox qısa zamanda barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır