ELM VƏ TƏHSİL


BDU-da Vətən müharibəsinə həsr olunmuş kitablar təqdim edilib

Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsinə həsr olunmuş üç kitabın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik anılıb.AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən rektor Elçin Babayev BDU-da həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsinin uğurla başa çatdığını bildirib.