MƏDƏNİYYƏT


12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib

12-ci Bakı Beynəlxalq Qısa Filmlər festivalına 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82-si yerli müsabiqəyə təqdim edilib.Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərlər) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.