MƏDƏNİYYƏT


Estoniyada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir təşkil olunub

Estoniyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir ölkəmizin Estoniyadakı səfirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, Estoniyada geniş yayımlanan “Ocaq” radiosunun və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.