MƏDƏNİYYƏT


Fransız dilində çapdan çıxmış “Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar” kitabının təqdimatı olub

Noyabrın 24-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində fransız dilinə tərcümə edilmiş “Nîzâmî Gandjavî: Ghazals suivis de Aphorismes” - “Nizami Gəncəvi: Qəzəllər və Kəlamlar” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, islamşünas alim Kərim İfrak çıxış edərək Nizami yaradıcılığından, onun əsərlərindəki ümumbəşəri ideyalardan söz açıb.