UNESCO-da “Afrika Həftəsi”ndə Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub
26.11.2021 [14:57]
Xəbərin mətni
Tədbirdə müxtəlif ölkələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş mətbəx nümunələri təqdim edilib.
UNESCO yanında Afrika qrupuna sədrlik edən Qabonun daimi nümayəndəsi, eləcə də Azərbaycan, Çin, Tunis və Namibiyanın daimi nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.