MƏDƏNİYYƏT


Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib

Azərbaycanın Polşadakı səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Polşanın paytaxtı Varşavada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə təntənəli mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə polyak dilində hazırlanmış Nizaminin seçilmiş əsərlərindən ibarət kitabın, eləcə də şairə həsr edilmiş poçt acıqcasının təqdimatı keçirilib. Mərasimdə kitabın illüstrasiyalarının müəllifi, gənc azərbaycanlı rəssam Məryəm Əsədovanın müəllifi olduğu rəsm əsərlərinin sərgisi qonaqlara təqdim olunub.