SİYASƏT


Azərbaycan xarici işlər naziri avstriyalı həmkarı ilə görüşüb

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Avstriyanın xarici işlər naziri Mixael Linhart ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov iki ölkə arasındakı təmasların intensivliyini məmnunluqla qeyd edib. Regional səfəri çərçivəsində Avstriya xarici işlər nazirinin bu ilin iyun ayında Azərbaycana səfəri və bu xüsusda aparılan müzakirələr xatırlanıb.