MƏDƏNİYYƏT


Rusiyanın məşhur səyahət verilişi “Поедем, поедим!” budəfəki buraxılışını Azərbaycana həsr edib

Dekabrın 4-də Rusiyanın “NTV” telekanalında məşhur səyahət proqramı "Поедем, поедим!"in Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib. Proqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Baku Crystal Hall”, “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib.