ELM VƏ TƏHSİL


Akademik Kamal Abdulla: Azərbaycanda klassik dilləri bilən mütəxəssislərə ehtiyac var

Xalq yazıçısı, akademik Kamal Abdulla ömrünün kamillik dövrünü yaşayır. Rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində tələbələrinin etibarlı dayağıdır, gözəl pedaqoqdur. Məhsuldar elmi və ədəbi yaradıcılığını əzmlə davam etdirən akademik Kamal Abdulla, həmçinin dilçiliyimizin və ədəbiyyatımızın bugünkü vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşır. Bu yaxınlarda isə görkəmli alim Türk Ədəbiyyatı Vəqfi tərəfindən 2021-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüb. AZƏRTAC akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir.