Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır
14.10.2026 [14:05]
Xəbərin mətni
ADA Universitetinin rektoru Hafiz Paşayev İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində çıxış edib. Rektor konfransın 20 illik yubileyini və ADA Universitetinin fəaliyyətinin 20 illiyini qeyd edərək iştirakçıları salamlayıb, tədbirin təşkilində əməyi olanlara və Azərbaycana gələn qonaqlara təşəkkürünü bildirib.