MƏDƏNİYYƏT


Vyanada “Yeddi gözəl” batika sərgisinin açılışı olub

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində ”Yeddi gözəl” batika sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” kimi qeyd edildiyini bildirib. Bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi qüdrətli söz və fikir ustadının yubileyi münasibətilə silsilə tədbirlər hazırlayıb və yaxın günlərdə TÜRKSOY-la əməkdaşlıq çərçivəsində dahi şairin xatirəsinə növbəti mədəniyyət layihəsi baş tutacaq.