Emin Əmrullayev: Son illərdə 3500 məktəbin infrastrukturu yenilənib
21.12.2021 [13:55]
Xəbərin mətni
Son illərdə 3500 məktəbin infrastrukturu yenilənib.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı təşkil olunan brifinqdə deyib. Nazir bildirib ki, məktəblərin bəziləri yenidən tikilib, bəzilərində isə təmir-bərpa işləri aparılıb.