İstanbulda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tamaşa nümayiş olunub
25.12.2021 [10:59]
Xəbərin mətni
Dekabrın 24-də İstanbulda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi əsasında hazırlanan tamaşanın nümayişi olub.
AZƏRTAC xəbər verir ki, tamaşa 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümünə həsr olunub.