ELM VƏ TƏHSİL


Londonda açılan Azərbaycan məktəbi fəaliyyətə başlayıb

Londonda açılan Azərbaycan məktəbi fəaliyyətə başlayıb.AZƏRTAC xəbər verir ki, Böyük Britaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə açılan “Britaniya Avropa Azərbaycan Məktəbi”ndə (“British European Azerbaijani School”) Azərbaycan dilinin tədrisi ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi və adət-ənənələri də öyrədiləcək. Məktəbdə 4 yaşdan 17 yaşına qədər uşaqlar üçün dərslər keçirilir.