ELM VƏ TƏHSİL


Samsun məktəbliləri Azərbaycan sevdasını “Qarabağ Azərbaycandır!” şüarı ilə tərənnüm edirlər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixlərə şölə saçan, müqəddəs Zəfər yolumuzda şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nöqtə!” ifadəsi qardaş Türkiyədə də milli birlik statusu qazanıb.
AZƏRTAC xəbər verir ki, qırx dörd günlük Vətən müharibəsində soyuq səngərlərdə, qarlı dağların zirvəsində, keçilməz meşələrdə, döyüşlərin qızğın yerində eşitdiyimiz “Qarabağ Azərbaycandır!” şüarı qardaş Türkiyənin məktəblərində də dillər əzbəridir.