SİYASƏT


20 Yanvar faciəsinin ildönümü ilə bağlı İranda anım tədbiri keçirilib

Azərbaycan Respublikasının İrandakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, İran ictimaiyyətinin və bu ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, Tehranda yaşayan Azərbaycan vətəndaşlarının və səfirliyin əməkdaşlarının qatıldığı tədbirdən öncə səfirlikdə təşkil olunmuş “Şəhidlikdən Müstəqilliyə” adlı foto-sərgiyə baxış keçirilib, iştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsinə hazırlanmış lövhənin önünə gül dəstələri qoyublar.