Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Şuşa Bəyannaməsinin parlamentdə təsdiqlənməsi üçün müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib
03.02.2022 [14:52]
Xəbərin mətni
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, TBMM-in sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərini, eləcə də ortaq milli maraqları özündə ehtiva edən tarixi sənəd kimi dəyərləndirilib.