ELM VƏ TƏHSİL
Rəşad Nəbiyev: “TEKNOFEST” gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək
07.02.2022 [12:29]
Xəbərin mətni
100 faiz türk brendi olan “TEKNOFEST”in Azərbaycanda keçirilməsi qardaşlığın, dostluğun, strateji tərəfdaşlığın təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir.