ELM VƏ TƏHSİL


Çində akademik adı almağın şərtləri Nobel mükafatı almaqdan daha çətin və ağırdır

Kağız, kompas, barıt və çap texnologiyası kimi bir çox ixtiraların vətəni Çin hesab olunur. Bu ənənələr müasir dövrdə də davam edir. İqtisadiyyat, tibb və digər sahələrə elmi əsasda yanaşmalar Çin Xalq Respublikasının inkişafında mühüm rol oynayır.
AZƏRTAC-ın xüsusi müxbiri Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi olan həmvətənimiz, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilə Çində elmin tarixi, müasir dövrdə elmi-tədqiqat mərkəzlərinin fəaliyyəti, elmlər akademiyalarının təşəkkülü, strukturu, fəaliyyət istiqamətləri və əsas hədəfləri ilə bağlı söhbət edib.