ELM VƏ TƏHSİL


Bu gün respublikanın 15 şəhər və rayonunda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir

Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Ağdaş, Balakən, Biləsuvar, Göyçay, İmişli, Qax, Qazax, Qusar, Yevlax rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Bundan əlavə, Zaqatalada tədrisi gürcü dilində olan məktəblərin şagirdləri imtahan verirlər.Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanda 22 min 902 şagirdin iştirakı nəzərdə tutulur.