ELM VƏ TƏHSİL


Bakıdan İsmayıllının ucqar kəndinə üz tutan fransız dili müəllimi REPORTAJ

Dan yeri sökülmədən, sükutun pozulması ilə Qumral xanımın yuxudan oyanmasına səbəb iş yerinə vaxtında çatmaq istəyidir. O, İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqlı kəndində yaşayır. Bakı şəhər sakini Qumral Məmmədli ötən ilin payızında şagirdlərə fransız dilini öyrətmək üçün paytaxtdan buraya üz tutub.