MƏDƏNİYYƏT


Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə səfirliyinin diplomatları, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.