MƏDƏNİYYƏT


Ankarada türk dünyası sənətçilərinin iştirakı ilə təntənəli Novruz mərasimi keçirilib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Türkiyədə təntənəli Novruz bayramı mərasimləri təşkil olunub. Ankara və Bursanı əhatə edən mərasimlərdə türk dünyasının 15 ölkəsini, 16 solist və 25 sənətçi qrupu təmsil edən 350 nəfərlik yaradıcı heyətin iştirakı ilə möhtəşəm musiqili bayram proqramları nümayiş etdirilib.