ELM VƏ TƏHSİL


Məktəbə hazırlaşan balacalar

“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2017-ci ildən tətbiq olunur. Layihənin məqsədi uşaqların 4 inkişaf sahəsini - sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf, fiziki inkişaf - əhatə edir. Hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 min 41 nəfər 3-4 yaşlı uşaq bu qruplardakı məktəbəqədər məşğələlərdən faydalanırlar.AZƏRTAC Təhsil Nazirliyinə istinadla Bakı şəhəri 84 nömrəli tam orta məktəbin icma əsaslı məktəbəqədər təhsil qrupundan çəkilmiş fotoları təqdim edir.