ELM VƏ TƏHSİL


Şabranın Uzunboyad kəndində yeni məktəb binası inşa edilir

Şabran rayonunun Uzunboyad kəndində 264 şagird yerlik ikimərtəbəli məktəb binası inşa edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni məktəb binasının tikintisinin bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.
Səməndər Musayev adına Uzunboyad tam orta məktəbi üçün yeni binanın tikintisinə 2021-ci ilin fevral ayından başlanılıb. Hazırda binanın dam örtüyünün inşası və suvanması işləri aparılır.