Daşkənddə Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyevanın yaşadığı binaya xatirə lövhəsi vurulub
12.04.2022 [12:25]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə yaşamış Azərbaycanın Əməkdar artisti, AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri olmuş tanınmış rəqqasə, ömrünü Özbəkistanda Azərbaycan musiqisinin və rəqslərinin təbliğinə həsr edən Kövkəb Əliyevanın yaşadığı binanın üzərində onun xatirə lövhəsinin açılışı olub.