MƏDƏNİYYƏT


İsveç Krallığında Ümummilli Liderin 99-cu ildönümü ilə əlaqədar klassik musiqi konserti olub

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar klassik musiqi konserti keçirilib.AZƏRTAC xəbər verir ki, ölkəmizin İsveçdəki səfiri Zaur Əhmədov ulu öndər Heydər Əliyevin həyat yolundan və siyasi fəlsəfəsindən, həmçinin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən ətraflı danışıb.