ELM VƏ TƏHSİL


Türkiyənin Ege Universitetinin nümayəndə heyəti Gəncədə səfərdədir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Respublikasının Ege Universitetinin rektoru, professor Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri, professor Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı, professor İlkin Şüngün iştirak ediblər.