ELM VƏ TƏHSİL


Xaçmazlı məktəbli fənn olimpiadalarında ardıcıl 3-cü dəfə qızıl medal qazanıb

Xaçmaz rayon ümumtəhsil məktəblərinin üç şagirdi Respublika fənn olimpiadalarında yüksək nəticə göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinif şagirdləri Fərhad Bəkirov qızıl, Nəriman İsrafilov isə bürüncü medala layiq görülüblər. Hər iki məktəbli coğrafiya fənni üzrə fənn olimpiadalarında coğrafiya fənni üzrə iştirak edib.
Rayonun Arzu qəsəbə tam orta məktəbin XI sinif şagirdi Amin Mirişov isə tarix fənni üzrə qızıl medal qazanmağı bacarıb.