MƏDƏNİYYƏT


Kolumbiyanın Azərbaycandakı səfirliyi Bakıda mədəni tədbir təşkil edib

Kolumbiyanın Azərbaycandakı səfirliyi Ağ Şəhərdə yerləşən “Baku Marriott Hotel Bulvar”da tədbir keçirib.AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Stir Varel iştirakçıları salamlayıb. O, Kolumbiyanın mədəni və etnik müxtəlifliyə sahib olduğunu vurğulayıb.