MƏDƏNİYYƏT


Azərbaycanla İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Stokholmda konsert təşkil edilib

Azərbaycanla İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Stokholmda caz konserti təşkil edilib. Tədbir rəsmi hissə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, İsveç paytaxtının mərkəzində yerləşən Nobel muzeyində təşkil olunan tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveç xarici işlər nazirinin müavini Maqnus Nilsson, həmçinin ölkəmizin İsveç Krallığındakı səfiri Zaur Əhmədov və Stokholmda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan və türk diasporunun fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.