Naxçıvan Dövlət Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir
02.06.2022 [11:08]
Xəbərin mətni
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyanın Naqoya şəhərində nüfuzlu Asiya Universitetlərinin Sammitində iştirak edir.AZƏRTAC xəbər verir ki, mayın 31-də Böyük Britaniyanın “Times Higher Education” təşkilatı tərəfindən təşkil edilən sammit iyunun 3-dək davam edəcək.